Həbsdəki general Türkiyədəki və Dubaydakı biznesini zərərçəkənlərə bağışlayır - FOTO VİDEO
Bakı Hərbi Məhkəməsində hakim qarşısına çıxarılan Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov müvəkkilinə qarşı ittihamlara cavab verib. Vəkil zərərçəkənlərdən Hüseyn Səfərovun Mövlam Şıxəliyevin Novxanıdakı imarətinin qarşısına gedərək orada çıxış etməsi ilə bağlı videoya baxdığını qeyd edib. Bildiririb ki, müvəkkilinin zərərçəkənin dediyi kimi Türkiyədə və Dubayda biznesi, villaları yoxdur: -Əgər deyildiyi kimi general Mövlam Şıxəliyevin Türkiyədə və Dubayda biznesi varsa, həmin biznesi zərərçəkənlərə bağışlayır. Mövlam Şıxəliyevə qarşı ittihamlar öz təsdiqini tapmayıb. Ona münasibətdə ittiham əsassızdır. Bir çox dövlət təltifləri almış, ali hərbi rütbə daşıyan şəxs barədə bu dərəcədə aşağılayıcı tonda fikirlər səsləndirilməsi, məhkəmə qərarı olmadan təqsirsizlik prezumpsiyası və Avropa Konvensiyasının tələblərinə zidd olaraq davranma, hesab edirəm ki, hüquqi mübahisənin yaranmasına əsasdır. Ümumiyyətlə 32 zərərçəkənlə bağlı ittiham tam əsassızdır.
Mövlam Şıxəliyev heç kimdən pul almayıb, heç kimə hədə-qorxu gəlməyib, vəzifəsində sui-istifadə etməyib. 32 zərərçəkəndən heç biri demir ki, Mövlam Şıxəliyevə pul vermişəm. İttihamlar tam əsassızdır. Bu günə qədər məhkəmədə dindirilən 5 zərərçəkənin ifadəsində də bu məsələ öz təsdiqini tapdı. Hesab edirəm ki, bu günki qaraguruhun məqsədi obyektiv araşdırmanın qarşını almağa, hüququn aliliyindən çox, ittihamda göstərilənlərin yalnışlığını pərdələmək üçün bu və ya digər formada ictimaiyyəti çaşdırıb əməlin hüquqi baxımından qiymətləndirilməsini deyil, məsələnin bu formada dırnaqarası ictimailəşdirməklə ictimai qınağa səbəb edib müdafiə etdiyim şəxsi cəzalandırmağa cəhd göstərirlər. Bu isə tam əsasızdır. Ona görə ki, şəxsin əməli Cinayət Məcəlləsinin təsiri altına düşmədiyindən və heç bir cinayət törətmədiyindən bu gün atılan addımlar onların şər-böhtan etdiyini bir daha təsdiq edir. Ona görə də Hüseyn Səfərova və digər zərərçəkənlərə məsləhət görərdim ki, verilən ittihama bir daha diqqət yetirərək nə dərəcədə yalan və qondarma olduğunu görsünlər. Məhkəmə prosesinə təzyiqləri dayandırsınlar. Əks təqdirdə bununla bağlı hüquqi müstəvidə müvafiq tədbirin görülməsi nəzərdən keçirlə bilər.
-İttiham aktnda 32 zərərçəkən və 4 zərərçəkənin hüquqi varisi var. Zərərçəkənlərin əksəriyyəti Mövlam Şıxəliyevin xidməti kabinetinə aparılaraq hədələndiklərini, onlardan külli miqdarda pul alınaraq xəstəlik adı ilə azad edildiklərini bildiriblər. Niyə zərərçəkənlər Mövlam Şıxəliyevi ittiham edir? -Ona görə ki, Mövlam Şıxəliyevin adına... bu günə qədər 32 zərərçəkənin heç biri Mövlam Şıxəliyevin adını çəkmir, demir ki, Mövlam Şıxəliyevə pul vermişəm, pul almışam. -Zərərçəkən Hüseyn Səfərov ifadə verərək 2008-ci ildə qanunsuz olaraq həbs olunandan sonra dəfələrlə Mövlam Şıxəliyevin kabinetinə aparıldığını, orada Mövlam Şıxəliyevin ondan 3 milyon dollar tələb etdiyini, sonda Vüsal Ələkbərov vasitəsi ilə 2 milyon dollar aldığını deyib axı. Elə deyil? - Hüseyn Səfərov orada Mövlam Şıxəliyevi görməyib.
-Deyirsiniz ki, obyektiv məhkəmə prosesinin gedişinə təsir edirlər. Açıq məhkəmə prosesinə jurnalistlər buraxılmırsa, bu nə dərəcədə obyektiv, qanun əsasında qurulmuş məhkəmədir? - Nəzərə almaq lazımdır ki, zərərçəkənlərin sayı 32-dir. Təqsirləndirilən şəxslərin sayı dörddür. 10-dan artıq vəkil var. Dövlət ittihamçısı, 3 hakim, məhkəmə iclas katibləri və konvoylarla bərabər zalda xeyli proses iştirakçısı olur. Ali Məhkəmənin qərarı var ki, iştirakçıların sayı 10-da artıq ola bilməz. Belə olan halda məhkəmə Ali Məhkəmənin Plenumunun qərarını əsas götürərək jurnalistlərin iştirakını təmin etmir.
-Siz faktiki olaraq məhkəmənin mövqeyini ifadə edirsiz. 2 aydan artıqdır ki, proses sözdə açıq, faktiki isə qapalı keçirilir. Hər prosesdə 1 jurnalistin iştirakına şərait yaradılması Ali Məhkəmənin Plenumunun qərarına zidd olmaz hər halda. -Məhkəmənin adından danışmaq, fikir bildirmək səlahiyyətim yoxdur, bununla bağlı hesab edirəm ki, Bakı Hərbi Məhkəməsinə müraciət etməniz daha doğru olardı. - Siz “obyektiv məhkəmə” ifadəsini işlətdiniz. Ona görə də bu sualı sizə ünvanladıq. -Mən məhkəmənin obyektiv keçirilməsinin pozulmaması üçün fikirlərimi dedim. Bu günə qədər məhkəmə obyektiv keçirilib. -Əgər obyektiv keçirilsə, niyə jurnalistlər açıq məhkəmə prosesinə buraxılmır? - Bu məsələyə mən cavabdeh deyiləm. Musavat.com Vəkil: “Mövlam Şıxəliyevə qarşı ittihamlar öz təsdiqini tapmayıb”