SON DƏQİQƏ: Azərbaycanda partiya sədri HƏBS edildi...

SON DƏQİQƏ! Əli Əliyev həbs edildi – MƏHKƏMƏ QƏRARI - YouTube

Bu gün Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə bağlı xüsusi ittiham qaydasında olan şikayət üzrə məhkəmə prosesi keçirilib.

 AzerTaym.az bildirir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə. Əliyev 5 ay müddətinə həbs edilib.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü açıqlayıb. Çıxışdan sonra hərbçilər Əli Əliyevi məhkəməyə verib.

Onların şikayətləri ayrı icraatlarda araşdırılıb.

DSX kapitanı Ramin Ədilovun Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirovun sədrliyi ilə bir müddət sonra baxılacaq.






Fikirlər