TƏCİLİ! Putinin "Dəmir kukla"sından ŞOK TƏHDİD: Rusiya bu şəhərləri yox edəcək

Rusiyanın səfərbərlik qərarından sonra müharibənin əleyhinə olan və ölkəni tərk edən rusların sayı çox olsa da, Putini tam dəstəkləyənlər də var. Onların başında dayanan şəxs kimdir?

Kremlə bağlı olduğu bilinən telekanalın xəbər aparıcısı Olqa Skabeyeva Britaniya və Qərbin “Armageddon” (qiyamət savaşı) ilə üz-üzə qaldığı barədə xəbərdarlıq edib və Moskvaya qarşı təhdidlərin bütün dünyanı fəlakətə sürükləyəcəyini bildirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Putinin “dəmir gəlincik” adlanan təbliğatçısı Liz Trassın Rusiyanı məğlub etməyə çalışdığını, dünyanın böyük bir fəlakət riski altında olduğunu və qələbənin “nüvə partlayışı” olmadan mümkün olmadığını söyləyib.

QƏRBƏ DƏHŞƏTLİ TƏHDİD

Dəhşətli təhdidlərlə kifayətlənməyən Olqa Skabeyeva Rusiyanın Kiyevi, Londonu və Vaşinqtonu yox edəcəyini bildirib.

Onun sözlərinə görə, nüvə müharibəsi Qərbin yaratdığı “fakt” olacaq.

Xatırladaq ki, Rusiya prezidenti Putin də bu həftə nüvə təhlükəsini artırıb və bunun “blef” olmadığını vurğulamışdı.

Skabeyevanın bu təhdidləri Putinin qismən səfərbərlik elan etməsindən sonra müharibəni Rusiya üçün “fəlakətli uğursuzluq” kimi xarakterizə edən Britaniyanın yeni baş naziri Liz Trassın BMT-dəki çıxışına cavab olaraq gəlib.

Skabeyeva deyib: “Onlar nə istəyirlər? Onlar Rusiya üzərində qələbə istəyirlər. Nüvə partlayışı olmadan Rusiya üzərində qələbə mümkün deyil. Ölkəmizin məhv olmasına imkan vermədiyimiz üçün kənarda qalmışıq”.

Skabeyeva televiziya aparıcısı olan əri Yevgeni Popovla birlikdə Moskvanın müharibə dövründə əldə etdiyi nailiyyətləri şişirdib, qarşıdan gələn Üçüncü Dünya Müharibəsi ilə bağlı dəhşətli xəbərdarlıqlar edib və Qərbə təhdidlər yağdırıb.

Nəticədə, o, şərhçilər tərəfindən “canavar” kimi damğalanıb. Analitiklər onun ritorikasının Kremlin tonunun dəyişməsindən xəbər verdiyini irəli sürürlər.

“DƏMİR KUKLA” KİMDİR?

1984-cü ildə Sovet İttifaqında anadan olan Skabeyeva Sankt-Peterburq Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, 2008-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

O, karyerasına yerli qəzetdə başlayıb və 2012 və 2013-cü illərdə “Pussy Riot” məhkəmələrini, hökumət əleyhinə mitinqləri və Rusiya müxalifətçilərinin tərəfdarlarına qarşı cinayət araşdırmalarını tərifləməklə gündəmə gəlib.

Skabeyevanın hökumət əleyhinə mitinqləri işıqlandırması onu Rusiya dövlət televiziyasının “xüsusi əməliyyat qüvvələri” kimi xarakterizə edən televiziya tənqidçilərinin diqqətini çəkib.

Həmin vaxt ona Putinin “dəmir kuklası” ləqəbi verilib. Olqa Skabeyeva o günlərdən “gözündə metal, səsi dəmir olan qadın” kimi təsvir edilib.






Fikirlər