Sabiq nazir Bakıya yeni 7-ci seriya "BMW" gətirdi

“Improtex Motors” şirkəti öz sərgi-satış salonunda tam yeni 7-ci seriya BMW avtomobilinin təqdimatını keçirib. Azərtaym.az Oxu.az -a istinadən xəbər verir ki, yeni 7-ci seriya BMW avtomobilinin qapalı təqdimatı 3 gün davam edəcək.Qeyd edək ki, “Improtex Motors” şirkəti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. Füzuli Ələkbərov 2013-cü ilin oktyabr ayında tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılmasının başlıca səbəbi həmin ilin yanvar ayında İsmayıllıda baş verən iğtişaşlarla bağlıdır.

 

 

 

 

 






Fikirlər