Ağadadaş Ağayev Nailə İslamzadənin TOYUNU APARIBMIŞ - VİDEO

 Xalq artisti Ağadadaş Ağayevin 37 il əvvəl Əməkdar artist Nailə İslamzadənin toyunda çıxış etdiyi üzə çıxıb.


Bizim.Media xəbər verir ki, bu haqda müğənni ilə aparıcı qonaq olduğu "Günün sədası" verilişində danışıblar.

N.İslamzadə toyu ilə bağlı etirafları ilə diqqət çəkib:

"Ağadadaş müəllim o zamanlar yeganə müğənni idi ki, efirə çıxmazdan əvvəl toylarda artıq məşhurlaşmışdı. Bəzi müğənnilər əvvəlcə efirlərə çıxırlar ki, onları toylara çağırsınlar. Ağadadaş müəllim isə artıq el şənliklərində yetərincə populyar idi. O zamanlar o qədər tələb olunurdu ki...

Toyları da çox gözəl oxuyurdu. Həyat yoldaşımın ailəsi tərəfindən Ağadadaş müəllim toyumuza dəvət olunmuşdu. Onda  Ağadadaş müəllim Azərbaycan Dövlət Televiziyasının solisti idi. Bizim toyumuzun video çəkilişi olmayıb. Yalnız fotolar var. Ağadadaş müəllim toyumda bir sıra mahnılar oxumuşdu. Amma "Təki mənə bircə kəlmə sevirəm de" nəğməsi o zamanlar çox populyar və dillər əzbəri idi. Həmin mahnını da toyumda ifa etmişdi".

A.Ağayev isə N.İslamzadənin sözlərinə qarşılıq verərək, fikirlərini belə davam etdirib:

"O zamamlar mənim ən qalmaqallı vaxtlarım idi. Nailə xanımı ağ libasda görmüşəm. Dostumuzun oğlunun toyu idi. Mikrofonla danışıb, xeyir-dua verdi. Dedi ki, o vaxt toyumu sən oxumusan. O da icra başçısı idi. Adını indi çəkmək istəmirəm. Söylədi ki, bütün toylarımızı sən oxumusan. Bilmirəm, ayağım sənə düşdü və "Xalq artisti" fəxri adını aldın, yoxsa sənin mənə ayağın düşdü mən "icra başçısı" oldum. O gündən sonra bir yerdə 1998-ci ildə "Əməkdar artist" fəxri adını bir yerdə aldıq. Müğənnilərdən ilk mən, diktorlardan isə ilk aparıcı Nailə İslamzadə oldu".

 






Fikirlər