“İrəvan müharibəyə hazırlaşır: bir yol var...” - Türk GENERAL

“İrəvan müharibəyə hazırlaşır: bir yol var...” - Türk general

Təbii ki, bu qanunsuz silah və hərbi texnika daşınmaları, silahlıların toplanması müharibənin xəbərçisidir.

Bunu Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan hərbi yükün Xankəndiyə daşınması haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General növbəti antiterror əməliyyatının yeganə çarə olduğunu vurğulayıb:

Yalnız məsələ bununla məhdudlaşmır. Hindistan və başqa ölkələrdən alınan silah sistemləri Ermənistanın 10 noyabr Bəyannaməsi ilə düşdüyü məğlub vəziyyətlə barışmadığını göstərir. İrəvan yeni silah sistemlərini alaraq, terrorçuları toplayaraq, Xankəndiyə göndərir. Üstəlik bütün bu daşımaların rus sülhməramlıların müşayiəti ilə həyata keçirilməsi Üçtərəfli Bəyannamənin kobud şəkildə pozulması deməkdir. Daha öncə də dəfələrlə vurğuladığımız kimi, Qarabağdakı terrorçu ünsürlər təmizlənmədən, Ermənistan ordusunun qalıqları çıxarılmadan sülhün əldə edilməsi qeyri-mümkündür.

Rusiya 10 noyabr Bəyannaməsinin zəmanətçisidir, bölgədə həm sülhməramlı qüvvələri var, həm də Ağdamdakı Monitorinq Mərkəzində Türkiyə ilə birlikdə fəaliyyət göstərir. Ona görə, rus sülhməramlıların bu hərəkəti birmənalı şəkildə qəbuledilməzdir. Ermənistan başqa ölkələrin fitnəsi və onların verdiyi pulla silah alaraq növbəti müharibəyə hazırlaşır. Baş verənlər bunun sübutudur. Gözümüzün içinə baxa-baxa bizə yalan deyir, ağlımızı, səbir və qətiyyətimizi sınayırlar. Tək çarə nəzarət mexanizmlərinin gücləndirilməsi, yeni bir antiterror əməliyyatı ilə terrorçu ünsürləri və oradakı silah-sursatı məhv etməkdir”./Axar.az






Fikirlər