Britaniya Kralı İlham Əliyevi TƏBRİK etdi...
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. "AzerTaym.az" bildirir ki, məktubda deyilir: "Zati-aliləri! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim".