15 il sonra TARİXİ GÖRÜŞ: ƏRDOĞAN Suriyanın yeni rəhbərini QƏBUL EDİB - FOTO /VİDEO
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Türkiyəyə səfər edib.
Artıq Əş-Şaara ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Məlumata görə, məhdud tərkibli görüş və heyətlərarası iş yeməyindən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.
Qeyd edək ki, Əhməd Şəranın Ankaraya səfəri həm də Suriya prezidentinin 15 ildən sonra Türkiyəyə ilk səfəri olduğu üçün önəmlidir.