"BUNA GÖRƏ GERİ ÇƏKİLDİK..." - Priqojin üzə çıxdı və "Vaqner"in taleyindən danışdı (Yenilənib)

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Belarusun paytaxtı Minskdə görünüb. Brief Telegram kanalının yaydığı məlumata görə, Priqojin Minsk ətrafındakı Green City üçulduzlu otelində qalır.

Eyni zamanda hotel personalı özü də qonaqlar haqqında məlumatın məxfiliyini əsas gətirərək Priqojinin orada qaldığını təsdiq edə bilməyib.

Hoteldən, həmçinin qeyd olunub ki, onların dəbdəbəli otaqları yoxdur və ən bahalı nömrə 180 Belarus rublu (təxminən 121 Azərbaycan manatı) olan “yaxşılaşdırılmış” kateqoriyalı otaqdır.

Qiyamdan sonra bir müddət ortada görünməyən Priqojin mətbuata açıqlama da verib. 

Yevgeni Priqojin deyib.k i, "Vaqner" iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq: Bu yaxınlarda “Vaqner” Xüsusi Hərbi Şirkəti Ukraynada yaxşı nəticələr əldə etdi, ən ciddi tapşırıqları yerinə yetirdi, lakin intriqalar və düşünülməmiş qərarlar nəticəsində bu bölmə 1 iyul 2023-cü ildə fəaliyyətini dayandıracaqdı”.

"Heç kim Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq", - deyə Priqojin vurğulayıb.

“Komandirlər şurası toplandı və bu məlumatı döyüşçülərin diqqətinə çatdırdı. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Müdafiə Nazirliyinə keçməyə hazır olan döyüşçülər hərbi idarə ilə müqavilə imzalayıblar, lakin bu minimum saydır, 1-2 faiz. Heç bir aqressiya nümayiş etdirməməyimizə baxmayaraq, raket hücumuna məruz qaldıq və bundan dərhal sonra helikopterlər işə düşdü. “Vaqner”in 30-a yaxın döyüşçüsü öldürüldü”, - deyə o qeyd edib.

"Haber Global"a istinadən xəbər verir ki,  Priqojin heç vaxt Rusiya rəhbərliyini devirmək niyyətində olmadıqlarını bildirib: "Məqsədimiz Vaqnerin məhv edilməsinin qarşısını almaq idi. Yürüşümüzə ədalətsizliyə görə başladıq. Biz heç bir aqressiya nümayiş etdirmədik, ancaq raketlər və helikopterlərlə vurulduq. Bizi hərəkətə gətirən də bu oldu".

"Yolda, yerdə bir nəfər əsgəri də öldürməmişik. Sutka ərzində Moskvaya 200 km-ə qədər məsafə qət etmişik. Rostova daxil olub, şəhəri tam nəzarətə götürmüşük. Dinc insanlar bizi görməyə şad idilər. Biz master-klass göstərmişik ki, 24 fevral 2022-ci ildə başlayan xüsusi əməliyyat hansı şəkildə həyata keçirilməli idi. Bizim mövcud rejimi, qanun seçilmiş hakimiyyəti devirmək məqsədimiz olmayıb." - deyə, Priqojin əlavə edib.

Priqojin açıqlamalasında əlavə edib ki, rus əsgərlərinin qanını tökməmək üçün geri çəkiliblər: "Rusiya aviasiyasını vurduğumuz üçün təəssüflənirik. Xüsusi hərbi əməliyyat zamanı səhvlərə yol verənləri məsuliyyətə cəlb etmək istəyirdik. Bu, Rusiyada ciddi təhlükəsizlik problemlərinin olduğunu göstərdi".  "Azpolitika.info"






Fikirlər