Putin Priqojinin şirkətinin yoxlanmasını tapşırdı: Ordudan 1 milyard dollar qazanıb...

Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin hərbçiləri ilə görüşdə “Vaqner” qrupuna daxil olan “Konkord” şirkətinin maliyyə fəaliyyətinin yoxlanması barədə göstəriş verib.

O bildirib ki, bir ildə 80 milyard rubl(təxminən 1milyard dollar – red.) gəlir əldə edən şirkətin dövlətdən aldığı vəsaitləri necə xərclədiyi araşdırılmalıdır: “Baxmayaraq ki, “Vaqner”in bütün saxlanma xərcləri dövlətin üzərində olub, “Konkord”un sahibi “Voentorq”(Rusiya Müdafiə Nazirliyinin hərbi təchizat idarəsi -red) orduya ərzaq məhsulları tədarükü və yeməklə təminatdan 80 milyard rubl əldə edib. Bir daha qeyd edirəm ki, “Vaqner”in bütün təchizatı dövlət hesabına həyata keçirilib. Bu qrupun bir hissəsi olan “Konkord” isə məhz təchizatdan bu qədər pul qazanıb. Ümid edirəm ki, bu işlərin gedişində heç kim heç nə oğurlamayıb, yaxud az oğurlayıb. Biz, şübhəsiz ki, bunu aydınlaşdıracağıq”.

Qeyd edək ki, 23-24 iyunda qiyam qaldıran “Vaqner” özəl hərbi şirkəti Moskva yaxınlığından V.Putindən müəyyən təminatlar aldıqdan sonra geri dönüb. Rusiya prezidenti dünən axşam xalqa müraciətindən verdiyi sözün üstündə durduğunu və “Vaqner”in döyüşçülərinin cinayət məsuliyyətinə cəlb olunmayacağını bildirib. Onun bugünkü çıxışı göstərir ki, Putin “Vaqner”in maliyyə dayaqlarını məhv etməyə başlayır. Musavat.com






Fikirlər