Nazirlik Müsavat Partiyasına 1 ay vaxt verdi...
Müsavat Partiyası Ədliyyə Nazirliyindən mənfi cavab alıb. Musavat.com xəbər verir ki, bu barədə partiya sədri Arif Hacılı məlumat verib. O qeyd edib ki, partiyaya problemlərin həlli üçün 1 ay vaxt verilib: Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir. Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəyik. Bu da yetərli olmasa daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq".
"Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq. Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb və s.