AXCP və Müsavat seçkilərdə iştirak etməyəcək...
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmayacaq. AzerTaym.az xəbər verir ki, bununla bağlı qərar Müsavat Partiyasının İdarə Heyəti iclasında və müvafiq olaraq AXCP-nin keçirdiyi qurultayda verilib. Partiyalar aparılan müzakirələrin və sorğuların nəticələrini nəzərə alaraq bu nəticəyə gəldiklərini bəyan ediblər. “Qafqazinfo”