ƏRDOGAN Zelenski ilə görüşdü ...
Martın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfəri çərçivəsində İstanbula gəlib. "Haber Global" xəbər verir ki, Ukrayna prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Türkiyə Prezidenti Administrasiyasından görüşlə bağlı verilən açıqlamaya əsasən, tərəflər arasında Ukraynada davam edən müharibənin gedişi, Taxıl Dəhlizi sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət, bölgədə daimi sülh axtarışları ətraflı müzakirə olunub. Həmçinin prezidentlər Türkiyə və Ukrayna münasibətləri barədə də fikir mübadiləsi aparıblar.