Ərdoğan Almaniyada BELƏ QARŞILANDI - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Niderland oyununu izləmək üçün Berlindədir. Musavat.com "Anadolu" agentliyinin yaydığı həmin görüntüləri təqdim edir:
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və Kommunikasiyalar üzrə vitse-prezident Çağatay Özdəmir də Almaniyadadır. Xatırladaq ki, bu gecə keçiriləcək Türkiyə-Niderland matçı saat 23:00-da başlayacaq. Oyun Berlində yerləşən Olimpiya stadionunda baş tutacaq.