ŞAHİN BAĞIROV ƏZİMOVA VƏZİFƏ VERDİ - Xalq artistinin oğludur...

Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyinə yeni direktor müavini təyin olunub.

AzerTaym.az "Demokrat.az"-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Eldar Rafiq oğlu Əzimov "Azərterminalkompleks" Birliyinin direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Eldar Əzimov bundan əvvəl "Azərterminalkompleks" Birliyində Xidmətlərin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.

Eldar Əzizov Xalq artisti Rafiq Əzimovun oğludur. Bu barədə "qaynarinfo"-ya danışan aktyor bildirib ki, oğlu Eldar Əzizovun vəzifəyə təyin olunması ilə bağlı xəbəri ona həyat yoldaşı verib: "Çox sevindim, qürurlandım. Yoldaşım məlumatı mətbuatdan oxuyub və mənə zəng edib. Eldar uşaqlıqda aktyor olmaq istəyirdi. 10-cu sinifi bitirənə qədər bu sənətlə maraqlanırdı. Amma bir gün başqa bir sahəyə meyl etdi və biz də onun həvəsini görürdük. Bu gün onun uğurlarını mətbuatdan oxuyuruq".






Fikirlər