İsrail Tehranı vurdu ...

İsrail mediası İsrail Müdafiə Qüvvələrinin (IDF) İranda hərbi hədəflərə hava hücumları həyata keçirdiyi barədə məlumatlar yayıb.

"AzerTaym.az" xəbər verir ki, Tehranın yaxınlığındakı İslamşəhər ərazisində partlayışlar baş verib. Bu barədə video və xəbərlər sosial mediada və bəzi yerli mənbələrdə yayılıb. 

Məlumatda qeyd olunur ki, F-14 qırıcı təyyarələri ölkə daxilində patrul fəaliyyəti göstərir. 

İsrail hərbi qərargahının 19 bomba ilə hədəfləri vurduğunu bildirməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir. İsrailin hava hücumlarının İrandakı müəyyən hədəfləri, o cümlədən nüvə və ya hərbi infrastrukturları vurması mümkündür. Lakin bu iddiaların rəsmi təsdiqi yoxdur.  

İran dövlət televiziyasının aparıcısı canlı efirdə məlumatı dəstəkləyən xəbəy yayıb. O, bir neçə dəqiqə əvvəl Tehran ətrafında bir neçə güclü partlayış səsi eşidildiyini bildirib. 






Fikirlər