İmamoğlunun saxlanması ilə bağlı - ABŞ-dən ilk AÇIQLAMA...
ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce Ağ Evdə keçirilən mətbuat konfransında Əkrəm İmamoğlu ilə bağlı sualı cavablandırarkən: “Biz başqa ölkələrin daxili işlərinə hörmət edirik və onlardan insan haqlarına hörmət etmələrini gözləyirik”, – deyib. Gununsesi.info – nun xarici mediaya istinadən xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ağ Evdə keçirdiyi mətbuat konfransında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri İmamoğlunun saxlanılması ilə bağlı sualları cavablandırıb. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi İmamoğlu “korrupsiya” və “terrora yardım” istintaqında saxlanılıb. Narahatsınızmı? Necə qiymətləndirirsiniz bunu?”, – deyə mətbuat konfransının sonunda sual verən jurnalistin sualına Bruce cavab verərək bildirib: “Biz Türkiyəni insan haqlarına hörmətlə yanaşmağa və öz daxili çərçivələrini lazımi şəkildə həll etməyə təşviq edə bilərik. Ancaq başqa ölkənin daxili qərar qəbul etmə proseslərinə şərh verməyəcəyik. Sadəcə olaraq, biz onlardan bütün vətəndaşların hüquqlarına hörmətlə yanaşacaq şəkildə hərəkət edəcəklərini gözləyirik”.