İlham Əliyev və Paşinyan nə üçün Əbu-Dabidə görüşür?

Sabah Azərbaycan və Ermənistan rəhbərliyi arasında növbəti görüş baş tutacaq. Məkan olaraq bu dəfə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) seçilməsi ilə bağlı ən müxtəlif versiyalar irəli sürülür.

Azərbaycan və Ermənistan liderlərinin nə üçün BƏƏ-də görüşmələri barədə suala “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə cavab verib:

“Ona görə ki, Birləşmiş Ərəb Əmirliklərinin hər iki ölkəyə yatırımları ildən-ilə artır, söhbət milyardlarla dollardan gedir. Bu ölkə Ermənistanın ən böyük investoruna çevrilib, Əbu-Dabi Rusiyanı geridə qoyub, Azərbaycanda da iqtisadi maraqları mövcuddur. Yəni Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda sülh və əməkdaşlıq Birləşmiş Ərəb Əmirliklərinin həyati maraqları içərisindədir. Bu ölkə bununla həm də yatırımlarının təhlükəsizliyini təmin etmiş olur.

ELXAN.jpg (68 KB)

Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri sülh quruculuğunda qonşularından geri qalmaq istəmir. ABŞ Talibanla razılaşmanı Qətərdə əldə etmişdi, amerikalı diplomatlar iranlı həmkarlarıyla danışıqları Omanda aparırdılar. Birləşmiş Ərəb Əmirlikləri isə özünü Cənubi Qafqazda sülh quruculuğunda sınamaq istəyir”. /Musavat.com 






Fikirlər