Qorbaçovla Tetçer arasında Azərbaycan söhbəti GİZLİ

Qorbaçovla Tetçer arasında Azərbaycan söhbəti GİZLİ
Qorbaçovla Tetçer arasında Azərbaycan söhbəti GİZLİ2014-cü ilin əvvəlində məxfiliyi qaldırılmış Britaniya arxiv sənədləri Mixail Qorbaçovla Marqaret Tetçer arasında müzakirə edilmiş bəzi mövzulara işıq saçır.
1984-cü ildə Sovet İttifaqı liderinin Britaniyaya səfəri 400 səhifədək sənədlə əhatə olunur.
“16 dekabr 1984-cü ildə baş nazirlə cənab Qorbaçovun Çekers iqamətgahındakı nahar vaxtı şəxsi söhbətin qeydləri”, adlı sənəddə bır sıra yerli və beynəlxaq mövzular arasında Azərbaycanın adı da çəkilir.
Həmin sənədin xülasəsi ilə aşağıda tanış ola bilərsiniz:
Baş nazir bütün ölkələrin iftixar və milli hissə malik olduğunu deyib. Bu Avropanın hər iki hissəsinə aidir.
Qorbaçov deyib ki, başqa ölkələrin maraqlarını öz ölkənə nisbətdə ikinci dərəcəli kimi görmək siyasətin mənəvi əsası ola bilməz. Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin (1949-cu ildən 1991-ci ilədək bir sıra sosialist ölkələrin üzv olduğu iqtisadi birlik) milli gəliri Sovet İttifaqının göstəricilərindən daha sürətlə artıb. Bu SSRİ-nin təmmənasız yardımından xəbər verir.
Baş nazir Sovet İttifaqının yetərli dərəcədə valyutaya malik olub-olmadığını soruşub.
Qorbaçov SSRİ-nin kifayət qədər valyutaya malik olduğunu deyib.
Baş nazir Beynəlxalq Valyuta Fondunun çox faydalı təşkilat olduğunu qeyd edib. Adamlar öz həyat səviyyələrini öz zəhmətilə artırmaq imkanını istəyirlər. Bu bütün ölkələrə aiddir. Lakin hökumətlərin pulu yoxdur və onlar daha çox pul qazanmaq üçün adamlara kömək etməlidirlər. Buna mərkəzləşmiş və qeyri çevik iqtisadiyyata malik ölkələrdə necə nail oluna bilər?
Qorbaçov deyib ki, sosial və iqtisadi bərabərlik kimi mühüm məsələlərin müsbət şəkildə çözülmədiyi təqdirdə Sovet İttifaqı çox çətin bir vəziyyətdə qala bilər.
Baş nazir SSRİ-nin bu kimi bərabərliyi nail ola biləcəyini soruşanda cənab Qorbaçov buna əsasən nail olunduğu bildirib. O, işsizlik probleminin həll olunduğu deyib. Sovet İttifaqının bu məsələdə yanaşması Qərblə, xüsusilə də Britaniyada qəbul edilmiş yanaşmadan bir çox cəhətdən fərqlənir. SSRİ-də işçilərin sayı təkmilləşdirmə kurslarından öncə ixtisara məruz qalır. Əks praktika sadəcə olaraq işləməyəcəkdi. Artıq standartaşmış təhsil sistemi tətbiq olunur. Hər şey inkişaf edir. Əlbəttə ölkəni idarə etmək asan deyil, diqqət tələb edən məsələlər mövcuddur. Plan tutanlar 15 respublikadakı vəziyyəti nəzərə almalıdırlar və respublikaların özləri də razılıqlarını verməlidirlər. Bəzi Mərkəzi Asiya respubliklarında doğum səviyyəsi ölkənin digər hissələrindən daha yuxarıdır. İşçi resurslarının əmələ gəlməsi təhlükəsi var. Ama artıq bu problemin öhdəsindən gəlinıb. Son 10 il ərzində cənub respublikaları ilə bağlı vəziyyəti nəzərə almaqla qərarlar qəbul olunub.
İndiyədək kənd təsərrüfatına vurğu edən Azərbaycanın hərtərəfli inkişafı üzrə proqramlar var. Əvvəl gəncləri cəlb etmək üçün bu bölgələrdə iri sənaye müəssisələrini yaratmaq ideaları mövcud idi, lakin onlar bir o qədər də düzgün alınmadı. İndi vurğu kənd bölgələri və sairə yerlərdə gəncləri işlə təmin edə biləcək yüngül sənayenin kiçik və orta ölçülü müəssisələrin yaradılmasına edilir. Yüz milyardlarla dollar irriqasiya layihələrinə xərclənib....
Baş nazir deyib ki, Britaniyada azadlıqlar və hüquqların tam təmin olması ölkədə yad sistemlərin təbliğatı üçün açıqdır. O, bunun qarşısını almaq fikrində deyil. Lakin seçkilər vasitəsilə uğur əldə edə bilməyən kommunistlər zorakılığa əl atırlar.
Qorbaçov Sovet İttifaqının bu yolla gedənlərə yardım etmədiyini deyib. O, SSRİ-nin Britaniya mədənçilərinin Milli Həmkarlar İttifaqına maliyyə vəsaiti vermədiyini deyib.(Onu müşaiyət edən Zamyatina baxaraq, “mənim məlumatıma görə” əlavə edib. ). Baş nazir yaranmış vəziyyətə görə əcnəbi-kommunistləri yox Britaniyanı suçlamalıdır. “Kapital” Londonda yazılıb.
Baş nazir onun sözünü kəsərək azad ölkədə nəyinki kitab yazmaq hətta onu çap etməyin də mümkün olduğunu deyib. (BBC azeri)






Fikirlər