DOLLAR 2016-cı ildə REKORD dərəcədə BAhALAŞACAQ - “Bloomberg”
Ən böyük devalvasiyaya Yeni Zellandiya və Avstralia dolları, eləcə də İsveçrə frankı məruz qalacaq (5,%-8%). Bundan əlavə, ABŞ valyutasına münasibətdə Danimarka və İsveç kronası (təxminən 5%), Yaponiya yenası (təxminən 3,5 %) və avro (3%) da ucuzlaşacaq. Ekspertlər hesab edirlər ki, dolların möhkəmlənməsinin əsas səbəbi dekabrın ortalarında ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qəbul etdiyi qərardır. Onların fikrincə, 2016-cı ildə iqtisadi artım davam edərsə uçot dərəcəsi daha dörd dəfə artırıla bilər. “Çox güman ki, dollar 2016-cı ildə əksər valyutalara münasibətdə bahalaşacaq”, – “Brown Brothers Harriman & Co”nun eksperti Mark Çandler hesab edir.“Bloomberg” nəşri ekspertlərinina apardığı tədqiqatlar göstərib ki, 2016-cı ildə ABŞ dolları Kanada dolları, Britaniya funtu və Noveç kronasından başqa bütün əsas rəqiblərinə münasibətdə bahalaşacaq.