“QOHUMUNA “KÖPƏKOGLU” DEYIRSƏ, özü nə olur?” - ZAHID ORUC icra başçısına

 

99Son günün ən çox müzakirə edilən mövzularından biri də, Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin vətəndaşa “köpəkoğlu” deməsi ətrafında yaranmış qalmaqaldır. İcra başçısı bu məsələyə aydınlıq gətirərək deyib ki, söydüyü vətəndaş öz qohumudur.
Bu məsələyə millət vəkili Zahid Oruc Ölkə.Az-a verdiyi açıqlamasında münasibət bildirib:
“Baş verən aksiyalarda istər hansısa partiyanın nümayəndələri, istərsə də bir zamanlar icra başçısı tərəfindən vəzifədən çıxarılan şəxslər yaranan şəraitdən, sosial durumdan faydalanıb revanş götürmək istəyirsə, sənə qarşı qisasçılıq belə varsa, yenə də, ünsiyyət “köpəkoğlu” şəklində ola bilməz. Orta əsrin feodal yanaşması deyil ki, sən qarşındakı şəxsi təhqir edirsən. Baş verənlərdən sonra insanlarımızın səsi məmurlara çatdı, hökumət bu məsələni dəyərləndirdi, qarşıdakı dönəmdə də bundan nəticə çıxaracaq. Baş verən aksiyalarda siyasi məsələlər yox, sosial-iqtisadi məsələlər qaldırılmışdı.
Ona görə də, məmurlar oraya yığışan insanları iclas zallarına yığıb onlarla görüşməli, danışmalı idilər. Qohumumdur deyib, təhqir edib, hələ bununla da ölkə ictimaiyyətinə demək ki, “burada hansı qəbahət var?”… Bilirsiniz, adam fərqində deyil ki, öz qohumuna “köpəkoğlu” deyirsə, bəs özü nə olur?”.

 






Fikirlər