ƏLİ İNSANOV HEYDƏR ƏLİYEVLƏ MÜQAYİSƏ OLUNDU – Mehdiyevçi politoloqdan maraqlı açıqlamalar

 

“Onun siyasi perspektivinə ümid bəsləmək olar”

Eli Insanov
Əli İnsanovun siyasi reytinqinin yüksək olduğunu söyləmək olar. Amma yaş o yaş deyil. Bu yaşda siyasətlə məşğul olmaq Heydər Əliyev kimi şəxslərin işi idi”.

Bunları politoloq Qabil Hüseynli 8 aydan sonra azadlığa çıxacaq sabiq səhiyyə naziri Əli İnsanovun siyasətdə şanslarını qiymətləndirərkən deyib. Politoloq “Yeni Müsavat” qəzetinə açıqlamasında Əli İnsanovun həbsdən sonra siyasətə atılacağı halda ciddi uğurlar qazanmaq şansının olduğunu bildirib. Sitat:

“İnsanovda da Heydər Əliyev əzmi, iradəsi, siyasəti olacaqsa, o da cəmiyyət arasında ciddi simaya çevrilə bilər. Onun siyasi perspektivinə ümid bəsləmək olar”.

42424Son illər açıq hakimiyyətyönlü mövqeyi ilə diqqəti çəkən Qabil Hüseynlinin Əli İnsanovla bağlı belə yüksək fikirlər səsləndirməsi maraqlıdır. Məsələ ondadır ki, hakimiyyətin yüksək qatlarında Əli İnsanova münasibət nifrət həddində mənfidir.

Xüsusən də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Əli İnsanova kəskin münasibəti heç kimə sirr deyil. Qabil Hüseynli isə, müxalif mövqedən imtina edərək, hakimiyyətin siyasətini dəstəkləməklə yanaşı, həm də R.Mehdiyevə simpatiyasını da gizlətmir. İndi onun gözlənilmədən bu faktorları görməzlikdən gələrək, Əli İnsanovu hətta Heydər Əliyevlə müqayisə etməsi, onun, faktiki olaraq, ikinci Heydər Əliyevə çevrilmək şansının olduğunu dilə gətirməsi düşündürücüdür.

Bu gedişin arxasında nə durur, adi Qərbi azərbaycanlı təəssübkeşliyidirmi, söyləmək çətindir. Lakin istisna deyil ki, hansısa dairələr Əli İnsanov faktorunu şişirdərək, təhlükə kimi göstərməkdə maraqlıdırlar. Bununla sabiq nazirin azadlığa yolunu bağlamaq niyyəti güdülə bilər…

AzPolitika.info

 
 






Fikirlər