Dünyanın "cəhənnəm"i olan 7 məkan - FOTOLAR
Dünyada cənnət sayılan məkanlar olduğu kimi, cəhənnəm hesab oluna biləcək yerlər də var.
AzerTaym.az publika.az-a istinadən dünyada cəhənnəm hesab oluna biləcək 7 məkanı təqdim edir.
Qaraçay gölü – Rusiya. Qaraçay dünyanın ən çirkli gölü sayılır. Göl nüvə tullantılarının atıldığı zibillikdir. Göl ətrafında qısa müddətdə qalmaq ölümcül səviyyədə radioaktif zəhərlənmək üçün kifayət edir.
San Pedro Sula şəhəri – Honduras. Cinayət hadisələrinin anormal dərəcədə yüksək olduğu San Pedro Sula dünyanın ən təhlükəli şəhəridir. Burada gündə orta hesabla 5 ağır cinayət törədilir.
Nyos gölü – Kamerun. Nyos vulkanın sönməsi və kraterinin yağış suları ilə dolması nəticəsində yaranan zəhərli göldür. Göldə 1986-cı ildə baş verən püskürmələr zamanı 1700 insan və 3500 heyvan bir neçə saniyənin içində məhv olub.
Danakil vadisi – Efiopiya. Burada heç vaxt yağış yağmır. 50 dərəcədən də yuxarı istiliyin qeydə alındığı vadi dünyanın yaşamaq mümkün olmayan yerlərindən biridir.
Yellostoun vulkanı – ABŞ. Püskürəcəyi halda böyük fəlakətlərə səbəb olacağı təxmin edilən bir vulkandır. Yellostoun püskürərsə ətrafa milyonlarla ton maqma və zəhərli qazın yayılacağı gözlənilir.
İlan adası – Braziliya. İlan adasına getmək qadağandır. Çünki dünyanın ən zəhərli ilanları burada yaşayır. Burada hər kvadrat metr əraziyə 5 ilan düşür.
Antartika. Qitə sürəti saatda 300 kilometr olan dözülməz küləklər və mənfi 90 dərəcəyə çatan şaxtalarla insanların yaşaya bilməsi qeyri-mümkün yerlərdən biridir.