Putinin Ruhaniyə göndərdiyi GİZLİ MƏKTUB

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tehrana səfər zamanı İran lideri Həsən Ruhaniyə Rusiya rəhbərliyinin məktubunu təqdim edib.

AzerTaym.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə İranın müdafiə naziri Hüseyn Dehqanda da iştirak edib. 

İran prezidenti Suriya böhranı ilə bağlı Tehranın rəsmi mövqeyini Şoyqunun diqqətinə çatdırıb. Şoyqu isə Suriyada atəşkəs rejiminin elan edilməsi bağlı rəsmi Moskvanın mövqeyini səsləndirib. 
Tərəflər, həmçinin regionda sabitliyin qorunması üçün görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparıb.
Rusiya prezidenti Vladimir Putinin Həsən Ruhaniyə göndərdiyi məktubun mətni və orada hansı mesajların verilməsi mətbuata açıqlanmayıb.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 21-də İrana rəsmi səfər edib.

 






Fikirlər