İran prezidenti Rusiyanın müdafiə NAZİRİi ilə görüşdü
Fevralın 21-də İrana rəsmi səfərə gədən Rusiyanın müdafiə naziri Serqey Şoyqu prezident Həsən Ruhani ilə görüşüb. "Report"un verdiyi xəbərə görə, S. Şoyqu səfəri çərçivəsində İranın müdafiə naziri Hüseyn Dehqan ilə də bir araya gəlib. Görüşlərdə hərbi-siyasi əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edək ki, Serqey Şoyqunun səfəri cavab xarakteri daşıyır. Belə ki, ötən həftə İranın müdafiə naziri Hoseyn Dexqan Moskvada danışıqlar aparmışdı. Bildirilir ki, regionda yaşanan hərbi-siyasi gərginliyin azaldılması istiqamətində İran Rusiya ilə birlikdə addım atmaq niyyətindədir. İranın Suriya probleminə dair mövqeyi hələ ki Rusiyanın mövqeyi ilə üst-üstə düşür. AzerTaym.az