Poroşenko BAKI və ANKARANI Rusiyaya QARŞI döyüşə çağırdı – YENİ ittifaq?

Ukrayna Azərbaycan və Türkiyəni Rusiyaya qarşı birgə mübarizəyə çağırıb.

 Publika.az xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri Ukrayna prezidenti Pyotor Poroşenkonun dövlət təhlükəsizliyinin müdafiəsi və kibertəhlükəsizlik strategiyası haqda yeni konsepsiyanın qəbulu ilə bağlı fərmanlarını bu cür şərh edir.

 Nəşr yazır ki, Kiyev və Ankara bütün dünyanı Rusiyaya qarşı koalisiya yaradılmasının vacibliyinə inandırmağa çalışır.

 Ukraynalı politoloq Vladimir Skaçko da hesab edir ki, bu koalisiya təkcə Rusiya ilə deyil, rus imperalizminə qarşı mübarizə aparmaq məqsədi daşıya bilər.

 Poroşenkonun qəbul etdiyi konsepsiyada Rusiya Federasiyasının apardığı hibrid müharibələr, işğal siyasəti, həmçinin, Qara dəniz və Xəzər regionunu işğal etmək niyyətləri qeyd olunur.  

 “Nezavisimaya qazeta” hesab edir ki, rəsmi Kiyev Orta Asiyadan Şərqi Avropaya qədər bütün ölkələrin Rusiyaya qarşı koalisiyaya qoşulmasını istəyir.

 “İlk növbədə Kiyev Azərbaycan və Türkiyənin bu prosesə qoşulmasında maraqlıdır. Türkiyənin özü də bu məsələdə maraqlıdır. Görünür, Ankara və Kiyev bu istiqamətdə birgə addımlar atırlar”, - deyə nəşr yazır.






Fikirlər