OBAMA və xanımı TANQO oynadılar VİDEO - FOTO

ABŞ prezidenti Barak Obamanın Argentinaya rəsmi səfəri davam edir. Dünən o və xanımı Mişelpaytaxt Buenos-Ayresdə ölkə prezidenti Maurisio Makrinin təşkil etdiyi təntənəli ziyafətdə tanqo oynayıb.

Milli.Az ABC News, Barak Obama və xanımının tərəf-müqabilləri peşəkar tanqo rəqqasları idilər.
Obama rəqsdən imtina etməyə çalışsa da, sonradan təklifi qəbul edib.
Ziyafətdə əfsanəvi argentinalı, "tanqo Tanrısı" kimi tanınan Astor Piazzolanın "Por Una Cabeza" musiqisi səslənib və Obamalar da bu ecazkar melodiyanın sədaları altında rəqs ediblər. Bu tanqo Al Paçinonun baş rolda oynadığı "Scent of Woman" ("Qadın ətri") filmindən sonra məşhurlaşıb.
Barak və Mişel Obamalar rəqs edəndə Argentina prezidentinin xanımı Juliana Avada mənzərəni gülümsəyərək seyr edib.
ABŞ prezidenti Buenos-Ayresdə olarkən onun qaldığı otelin binasının qarşısında etiraz aksiyası da keçirilib. Aksiya iştirakçıları qloballaşmaya, ABŞ-ın iqtisadi və siyasi ekspansiyalarına etiraz ediblər.
 

 AzerTaym.az

 






Fikirlər