Əhəd Abıyev RİNQƏ ÇIXDI - FOTOLAR
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2018-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə keçirilib. Modern.az saytının məlumatına görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə əvvəlcə bayram tonqalını yandırıb. Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqi söyləyib. Tədbir bayram konserti ilə davam edib. Daşkəsənin incəsənət nümayəndələri rəngarəng bayram proqramlarını nümayiş etdiriblər. Əsgərlərlə görüşə gələn rayonun ictimaiyyət nümayəndələri onlarla rəqs edib, şənləniblər. Əhəd Abıyev tədbirə maraq qatıb. O boks əlcəkləri geyərək rinqə çıxıb.