Saakaşviliyə 24 saat VAXT verildi
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) müstəntiqinin yanına getməsi üçün bir sutka vaxt verilib. “Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib. Onun sözlərinə görə, əks halda, hüquq-mühafizə orqanları Saakaşviliyə qarşı güc tətbiq edəcəklər.