Saakaşvili həbs olundu - YENİLƏNİR - VİDEO

 

"Yeni Qüvvələr Hərəkatı"nın lideri dövlət çevrilişində ittiham edildi

12:36 - Bu gün Kiyevdə saxlanılan Mixail Saakaşviliyə qarşı hakimiyyəti devirmək maddəsi ilə cinayət işi açılıb. Bu barədə onun vəkili Pavel Boqomazov məlumat verib.

"Saakaşvili konstitusiya quruluşunu devirmək cəhdində günahlandırılır",-deyə Saakaşvilinin vəkili yerli mediaya bildirib.

***

11:58 - Ukrayna Baş Prokurorluğunun apardığı istintaq zamanı Mixail Saakaşvili saxlanılıb. Bu məlumatı Ali Radanın deputatı Viktor Çumak təsdiqləyib.

"Mixail Saakaşvilini evinin damından xüsusi təyinatlılar aparıblar",-deyə deputat əlavə edib.

***

 AzerTaym.az-ın verdiyi məlumata görə, Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru, hazırda isə "Yeni Qüvvələr Hərəkatı"nın lideri Mixail Saakaşvili intihar edəcəyini açıqlayıb.

Siyasətçi yaşadığı binanın səkkizinci mərtəbəsinə qalxaraq ordan özünü atacağını bəyan edib. Buna səbəb onun evində yerli polisin axtarış aparmasıdır. Saakaşvili bildirib ki, əgər axtarış dayandırılmasa, intihar edəcək.

 

 

 


 






Fikirlər