RUSİYA, TÜRKİYƏ VƏ DÜNYA QAZ MÜHARİBƏSİ – Moskva güclü təzyiq altında
Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən Rusiya bombardmançı təyyarəsinin vurulması hadisəsi, zəifləmiş neft bazarına bir qədər güc verə bilər. Lakin tamamilə mümkündür ki, həmin insident enerji resursunun digər mühüm komponenti olan təbii qaz bazarına real təsir göstərsin. (Bloomberg) Rusiya prezidenti baş verən hadisəni “arxadan vurulan zərbə” adlandırıb. Baş verənlər Suriya münaqişəsinin yeni təhlükəli gərginlik fazasına girdiyinə işarədir və ona görə də, 24 noyabr tarixində Brent markalı neftin qiyməti bir qədər yüksəldi. Amma əhəmiyyətli miqdarda neftin enerji bazarından yoxa çıxmasına səbəb ola biləcək daha böyük miqyaslı münaqişə perspektivi, hələlik naməlum olaraq qalır. Neftin qiymətinin bir-iki dollar qalxması konkret qorxudan yox, daha çox tutqun bir təhlükədən irəli gəlir. Bu insidentin nəticələrinin təbii qaz bazarına necə təsir göstərəcəyini proqnozlaşdırmaq çətindir. Çünki əslində hər şey faktiki olaraq tələb və təklif üzərində qurulub. Türkiyə Almaniyadan sonra rus qazının ən böyük ikinci idxalçısıdır. Son on ildə “Qazprom” Türkiyəyə qaz göndərilməsini iki dəfə artırıb və hal-hazırda bu ölkə istifadə etdiyi qazın 57%-ni Rusiyadan alır. Bundan əlavə Türkiyə Avropa ilə Asiya arasındakı əsas tranzit nöqtəsidir ki, bu da öz növbəsində indiki mövcud boru xətləri və hazırlıq mərhələsindəki boru kəmərlərinin nəzərə alınması anlamına gəlir. Keçən ilin dekabrında Rusiya Qara dənizdən keçərək Bolqarıstana və sonra isə Avstriyaya gedəcək “Cənub axını” qaz kəmərinin tikintisindən imtina edərək, bunun əvəzinə “Tütk axını”na üstünlük verdi. Ukrayna böhranından sonra rus qazına alternativ yollar axtarışı aktuallaşmağa başladı. Əgər “Türk axını”nın birincı xətti tikilərsə, onda bu xətt, çox böyük ehtimalla, hal-hazırda Ukraynadan keçən təbii qazın bütün həcmini öz üzərinə götürməlidir. Ancaq Suriya münaqişəsi ilə əlaqədar gərginliyin artması Rusiya və Türkiyə münasibətlərinə təhlükə yaradır ki, bu da öz növbəsində bütün qaz bazarına ciddi nəticələrlə təsir göstər bilər. Oksford enerji araşdırmaları institutunun keçən il dərc etdirdiyi nəticələrə əsasən, növbəti on ildə Türkiyənin təbii qaza olan tələbatı artaraq, illik 2,3 trilyon fut kub (təxminən 62 milyard metr kub) təşkil edə bilər. Türkiyə üçün Rusiyadan başqa Azərbaycanın da qaz mənbəyinə çevrilməsi gözlənilir. Gələcəkdə Azərbaycandan qaz idxal edilməsi üçün Türkiyə artıq boru kəməri xəttinin tikintisinə başlayıb. Strateji və beynəlxalq araşdırmalar mərkəzinin nümayəndəsi Edvard Çou bildirir ki, Azərbaycandan qaz alınması, potensial olaraq Türkiyəyə qaz nəql edəcək ölkələrin sayını artırır. Zamanla bu sıraya İraq və İranın daxil olması gözlənilir. Belə bir fikir var ki, Rusiyanın Suriya münaqişəsinə qoşulmasının arxasında Qatar kimi Yaxın Şərq ölkələrindən Türkiyədən keçmək şərti ilə, Avropaya qaz kəməri çəkilməsinin qarşısının kəsilməsi durur. Hazırda Rusiya dünya enerji bazarında güclü təzyiq altına düşüb. Qərbi Avropa bu bazarda “Qazprom”un təsirini əngəlləmək üçün sıxılmış təbii qazın ixracı terminallarını tikir. Çin isə Asiya bazarında sıxılmış qazın artışını nəzərə alaraq, Rusiyadan qaz alınması məsələsində sərt mövqe nümayiş etdirir. Buradan iki nəticə çıxarmaq olar: Birincisi – ola bilər ki, Suriya xammal ölkələri arasındakı çoxtərəfli mübarizənin cəbhələrindən yalnız biridir və belə ölkələrdən olan Rusiya yeni rəqiblərin sayının son zamanlar artması səbəbindən neft və qaz bazarındakı mövqeyini saxlamağa cəhd edir. Ona görə də, enerji bazarının vəziyyətinə, əsl həqiqətdə Türkiyə sərhədində Rusiya bombardmançı təyyarəsi ilə əlaqədar baş verən hadisə yox, məhz yuxarıda qeyd edildiyi kimi, xammal ölkələri arasındakı çəkişmələr əsas geosiyasi faktor kimi təsir göstərir. İkincisi – Türkiyənin Rusiya təbii qazından asılılığı tənzimləməyə can atması və diplomatik münasibətlərin pisləşməsi, enerji resurslarının nəql olunmasının şaxələnməsinin vacibliyinin bir daha xatırladılmasıdır. Bu sıxılmış qaz sənayesi üçün yaxşı xəbər olmalıdır. Əksər Avropa ölkələri kimi Türkiyə də sıxılmış qaz idxalının mövcud potensial imkanlarından istifadə etmir. Ona görə də, Türkiyə daha çox sıxılmış qaz idxal edə və hətta bunun üçün yeni terminallar da tikə bilər. Enerji daşıyıcılarının indiki ucuz qiymətləri sayəsində, yeni sıxılmış qaz layihələrinin qeyri-rentabelli olmasına baxmayaraq, indiki vəziyyətdə kəsintisiz şəkildə qaz nəql edilməsinin təminatı xeyli dərəcədə dəyər qazanır.
O ki qaldı neftə, Rusiya məmurları, Pribaltikaya neft göndərdiklərinə görə Səudiyyə Ərəbistanına öz narazılıqlarını bildiriblər. Çünki ruslar buranı öz ənənəvi bazarları sayırlar. Bütün bunların hamısı Rusiyanı resesiyaya qərq edən energi resursları qiymətlərinin aşağı düşməsi kontekstində baş verir və həm də Putinin geosiyasi fəlakət adlandırdığı SSRİ-nın dağılmasına səbəb olmuş böhran barəsindəki xoşagəlməz xatirələri yada salır.
Ümumiyyətlə isə, müharibə vəziyyətinın xüsusiyyəti ona gətirib çıxara bilər ki, siz əvvələr əməkdaşlıq edəcəyinizi təssəvvürə gətirməyəcəyiniz ölkələrlə sövdələşmələr həyata keçirməyə başlayarsınız.