Əli İNSANOV ƏHF ərizəsi YAZMADI...

 

Bunu İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

O qeyd edib ki, İşçi Qrupunun təqdim etdiyi siyahıda cəmiyyətdə tanınan və ictimaiyyət tərəfindən maraqlanan bütün şəxslərin adları var: “Məhbusların Əfv Komissiyasına ünvanlandığı müraciətlər barədə vəkilləri və ailə üzvləri tərəfindən məlumatımız olur. Onlar bəzilərinin özləri, digərlərinin isə ailə üzvləri tərəfindən müraciətlər olunub. Müraciətlərin nəzərə alınmasını gözləyirik”.

Səadət Bənənyarlı jurnalist Rauf Mirqədirov, prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin, sabiq səhiyyə naziri Əli İnsanovun, sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin adlarının siyahıya salındığını da deyib:
Əli İnsanov əfv ərizəsi yazmadı: Siyahıda adı olan siyasi məhbuslar


“İnşallah bu dəfə onların səhhətində olan problemləri, xəstəlikləri, yaşları və ailə vəziyyətləri nəzərə alınar. Biz bunu həm Əfv Komissiyasından, həm də cənab prezidentdən gözləyirik. Bizdə olan məlumata görə, Əli İnsanov əfv olunması üçün müraciət etməyib. Amma buna baxmayaraq İşçi Qrupu hər dəfə onun adını əfvə düşməsi üçün müraciət edir. Təəssüf ki, bu, heç vaxt nəzərə alınmayıb. Adətən Əfv Komissiyasında hansı məhbusun işinə baxılır, onlar haqqında əfv fərmanı çıxana qədər heç bir məlumat verilmir”.(cebhe.info)






Fikirlər