15 YAŞLI QATİLDƏN QANDONDURAN ifadə: "ÖLDÜRMƏYİN HƏZZİNİ yaşamaq istədim"
15 yaşlı yeniyetmə küçənin ortasında qadını vəhşicəsinə qətlə yetirib. AzerTaym.az yenicag.az istinadən xəbər verir ki, hadisə Rusiyada baş verib. Aleksey Maksimov adlı yeniyetmə kompüter oyunundan təsirlənərək Daria Evdokimova adlı gənc qadını küçənin ortasında öldürüb. O, daha əvvəl tanımadığı qadının bədəninin müxtəlif nahiyələrinə onlarla bıçaq zərbəsi endirib.Təhlükəsizlik kameralarının görüntülədiyi cinayətin üstü isti izlərlə açılıb. Polis Alekseyi saxlayıb. Yeniyetmə tutduğu əməli dərhal etiraf edib. O, bir insanı öldürməyin həzzini yaşamaq üçün bu işi tutduğunu bildirib. Qeyd edək ki, oğlan polis şöbəsinə gətirilərkən də sevimli oyununu oynayırmış.