“Heç prezidentin 40 illik əmək haqqısı 3 MİLYON etmir, o ki qaldı Tağı Əhmədovunku...”
Əyyub Kərimov: “O, 3 milyon toplamaq üçün 200 il işləməli idi” “Lakin onun etdiyi etiraf cəsarət nümunəsi kimi təqdirə layiqdir” Mediada yer alan məlumatalara görə, “BakıMetropoliteni” sabiqsədri Tağı Əhmədovsabiq MTN generalı AkifÇovdarova 3 milyonmanat pul verdiyini etirafedib. Müstəntiqin “bu qədər pul sizdən hardadır” sualına isə T.Əhmədov dəlinin belə inanmayacağı bir məntiqlə cavab verib. Belə ki, keçmiş metropoliten rəhbəri bu pulun 40 illik əmək haqqısı olduğunu bildirib. Maraqlıdır, T.Əhmədovun bu etirafı və həmin pulların mənbəyi kimi 40 illik əmək haqqısını göstərməsi onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verirmi? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov T.Əhmədovun bu etirafının əsla inandırıcı olmadığını, fəqət onun bu etirafında təqdiredici məqamın da mövcud olduğunu vurğuladı: “T.Əhmədov metropolitenin rəisi vəzifəsində çalışarkən də suallara bu cür gözlənilməz, qeyri-ciddi cavablar verirdi. Lakin onun müstəntiqə məhz bu cür cavab verməsi mənə inandırıcı gəlmir. T.Əhmədov bu sualın cavabında bildirə bilərdi ki, həmin vəsaiti qohumlardan, tanışlardan yığıb verib. Yoxsa bu məbləğin 40 illik əmək haqqı olduğuna kimsənin inanması mümkün deyil. Orta məktəbin 5-ci sinif şagirdi belə oturub T.Əhmədovun 40 illik əmək haqqısını hesablayar və sübut edər ki, o, bu qədər pulu əmək haqqı hesabına yığmaq üçün heç deyilsə 200 il işləməlidir. Çoxu MTN rəhbərliyinin onlardan pul almasını gizlədir. Yaxşı ki, T.Əhmədov bunu gizlətmir və özündə cəsarət tapıb bunu etiraf edir. Şübhəsiz, T.Əhmədov və o cümlədən başqalarının verdiyi milyonlarla manat vəsaitin mənbəyi araşdırılmalııdr. Lakin söhbət konkret T.Əhmədovdan gedirsə, hesab edirəm ki, bu cəsarəti ona həm də “plyus” kimi hesablanmalıdır. Çünki o, çoxlarının gizlətdiyini etiraf etməyə özündə güc tapıb”.