ERMƏNİSTAN ÇALXALANIR, Putinin adamını İrəvandan QOVURLAR

Ermənistan ÇALXALANIR, Putinin adamını İrəvandan QOVURLAR

Ermənistanda hazırda hakimiyyətdə olan Respublika Partiyasında daxili dəyişikliklər gözlənilir.

Publika.az
 xəbər verir ki, Ermənistanın “Joxovurd” qəzeti baş nazir postundan istefa verməyə məcbur edilən Serj Sarkisyanın partiyanın sədri olaraq qalacağını yazıb.


Serj Sarkisyan bu günlərdə Respublika Partiyasında görüş keçirtdi. O, görüşdə iştirak edən hakim partiyanın deputatlarına bildirdi ki, onlar hər məsələdə Karen Karapetyana tabe olmalıdırlar.

Lakin “Joxovurd” qəzeti yazır ki, Respublika Partiyasında vəziyyət dəyişib.

“Serj Sarkisyan partiyanın sədri qalmağa davam edir. İstisna edilmir ki, Karen Karapetyan Ermənistanı tərk edəcək və “Qazprom”dakı əvvəlki işinə qayıdacaq. Məsələ ondadır ki, bu dövrlərdə Respublika Partiyasının üzvləri ilə Karen karapetyan arasında fikir ayrılığı kəskinləşib. Bu, Sarkisyanın istefasından sonra Karapetyanın partiya yoldaşlarına məhəl qoymadan baş nazir olmaq istəyindən sonra baş verdi. Karapetyanın bu addımı Sarkisyanın da xoşuna gəlməyib. Buna görə də onu göndərirlər”, - deyə qəzet qeyd edib.

Qeyd edək ki, Karapetyan Kremlin adamı kimi tanınır və onun əvvəlcə Ermənistanın baş naziri, daha sonra baş nazirin birinci müavini olması da məhz Moskvanın istəyinə uyğun olaraq reallaşıb.






Fikirlər