İlham Əliyev SƏFİRLƏRİ geri çağırdı
Prezident İlham Əliyev Abbasəli Həsənovun Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər sərəncamları ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Kamil Tacid oğlu Xasiyev isə Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. AzerTaym.az