Beyləqan İcra başçısı ilə müavinin arasında toqquşma - KOMPROMAT SAVAŞI

Beyləqan İcra başçısı ilə müavinin arasında toqquşma - KOMPROMAT SAVAŞI

Beyləqanda icra başçısı Vaqif Abdullayevlə müavinlərindən biri arasında açıq qarşıdurma var.

Bu barədə rayondakı mənbələrdən biri məlumat verib.

Onun sözlərinə görə, icra başçısının yerli məmurlara qarşı amansız davranışı bu müavini həddən artıq narazı salıb: 

"O müavinin adını çəkib, icra başçısının əlinə əsas vermək istəmirəm. Çünki belə olan halda rayonda icra başçısına müqavimət göstərən bu müavinin hələ o qədər də güclü olmayan qruplaşması "beşiyi"ndə boğula bilər.(mia)Ancaq onu sizə deyə bilərəm ki, həmin müavin bəzi media orqanları ilə çox sıcaq əlaqələr qururaq, onları icra başçısına qarşı tez-tez tənqidi materiallarla təmin edir. Hətta elə saytlar var ki, həmin müavin onlara aylıq hesab da göndərir. Məqsəd isə Vaqif Abdullayevin adının medianın gündəmindən düşməsi və beləliklə, hakim dairələrin diqqətini icra başçısının rayonda yaratdığı narazılığa çəkməkdir.

Maraqlı məqam budur ki, Vaqif Abdullayevin də mediada "şəbəkəsi" var. Və onlar da hər an müavinə qarşı açıq hücuma keçmək işarəsini gözləyirlər.

Biir sözlə, müavinlə icra başçısı hazırda üz-üzə dayanaraq, bir-birinə daha sərt zərbə vurmaq üçün daha münasib zamanı gözləyir. 

Məlumatlı şəxs deyir ki, müavinin "əli"ni zəiflədən əsas məqam isə prezidentin Beyləqana səfəri və bundan sonra rayona pul ayrılmasıdır:

"Müavin düşünür ki, bu, icra başçısına hakim dairələrin etmiad göstəricisidir. Ona görə, o, həm prezidentin səfəri ərəfəsində göstərdiyi açıq susqunluğu hələ bir müddət də davam etdirmək niyyətindədir. Ancaq düşümürəm ki, bu sakitlik uzun çəkəcək. Yaxın bir aya kimi müavin rəhbəri haqda daha ciddi məlumatları dövriyyəyə buraxacaq. Bu isə tərəflərin gizli savaşının açıq müstəviyə keçəməsinə tam vəsilə olacaq".






Fikirlər