"Qoca"ya görə həbs edilən polkovnikin YERİNƏ TƏYİNAT
Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Konvoy Taboruna yeni rəis təyin edilib. AzerTaym.az ucnoqta.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general –mayoru Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib. Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub. Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri ədliyyə polkovnik–leytenantı Bəhruz Abdullayev bir müddət bundan qabaq qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunub.