ABŞ Əfqanıstanı BOMBALADI

ABŞ Əfqanıstana növbəti dəfə hava zərbələri endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə ölkənin Həlmənd vilayətini hədəf alınıb. Endirilən aviazərbələr nəticəsində Talibanın əsas üzvlərindən biri ölüb.

Məlumata görə, terror qruplaşması sözügedən şəxsin Mullah Məhəmməd Mannan olduğunu və öldürüldüyünü təsdiq edib.

Taliban Mannanın ölkənin cənubundakı ən önəmli komandirlərindən biri olduğunu açıqlayıb. Bundan başqa, əməliyyat zamanı daha 4 talibançı ölüb.






Fikirlər