Kərəm Həsənovun XAÇ ATASI - Mohuma Heraçiyev MÜƏMMASI

Kərəm Həsənovun XAÇ ATASI - Mohuma Heraçiyev MÜƏMMASI

Çovdarovun yaxın dostu nə qədər sahibkarı güdaza verib?

Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı komitədəki korrupssiya və rüşvət sisteminində dönən hər bir manata nəzarət edir; Kərəm Həsənov Əli Abbasovun taleyini yaşaya bilər; Kərəm Həsənovun qızının toyunda güc nümayişi...
  Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və ətrafı haqqında son bir neçə həftədə mətbuatda mütəmadi olaraq müxtəlif məlumatlar yayılmaqda davam edir. Komitə sədrinin gündəmə gəlməsi isə MTN naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması və komandasının həyata keçirdtiyi qanunsuzluqlar, dövlət əmlakını mənimsəmək, vəzifələrindən sui istifadə etməklə məmurları iş adamlarını şantaj, təhdid edərək külli miqdarda vəsaitləri ələ keçirmələri ilə ittiham olunurlar. 
 
Mətbuatda adı "MTN işi" olan prosesdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun gündəmə gəlməsi isə onun qardaşı Şahin Həsənovun MTN-nin Beynəlxalq şöbəsinin rəisi olması və sabiq nazir Eldar Mahmudovla sıcaq əlaqələrinin üzə çıxması  ilə baş verib. Son 3 gündə Kərəm Həsənovun komitəsi mətbuatda yayılan xəbərlələ bağlı 2 açıqlama yayaraq məlumatların həqiqətləri əks etdirmədiyini və kimlərinsə Kərəm Həsənovun və Dövlət Əmlak Komitəsini ləkələmək məqsədi ilə bu məlumatları mətbuata ötürüldüyünü bildiriblər. 
 
Ancaq hər kəsə məlumdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi qurum ölkənin ən dərin korrupsiya bataqlığı içində olan strukturulardan biridir. Bu qurumun rüşvətin mənbəyinə çevrilməsini isə birbaşa Kərəm Həsənovun rəhbərliyi altında baş verməsi barədə məlumatlar isə ictimaiyyətlə bərabər, iqtidar mənsublarına da bəllidir.  
 
Miq.az xəbər verir ki, AzMedia.info Əmlak Məsələləri Dövlət Komitəsində baş alıb gedən korrupsiya və qanunsuz hərəkətlərlə bağlı araşdırmalara başlayıb. Bu araşdırmalarda komitə sədri Kərəm Həsənova bağlı olan idarə, xidmət rəislərinin sahibkarlardan, vətəndaşlardan qanunsuz olaraq milyonlarla manat rüşvət alaraq mənimsəmələri ilə bağlı silsiləli məlumatları oxucularımıza təqdim etməyə çalışacağıq. Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsindəki etibarlı mənbənin verdiyi məlumatlar doğurdan da bu qurumda kütləvi korrupsiya hallarının baş verdiyini göstərir. 
 
Əmlak Komitəsinin boz kardinalı 
 
Miq.az xəbər verir ki, AzMedia.info-nu məlumatlandıran mənbə bildirir ki, hər kəs ƏMDK-da Kərəm Həsənovdan sonra söz sahibi olaraq Rüstəm Şahbazovu hesab eləsə də, bu heç də belə deyil. Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı və komitədə bütün qaranlıq işlərin arxasında duran şəxs ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru  Mohuma  Heraçiyevdir. 
 
Kərəm Həsənovun ümumi kotyolunun haqq hesabına baxan şəxs ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru  Mohuma  Heraçiyevdir. Kənardan baxanda bu vəzifə o qədər də cəlb etdici görünmür. Lakin dərinliyə gedəndə məlum olur ki, ölkədə bütün özəlləşdirilən toraqlar, obyektlər, strukturlar, əmlaklar məhz Mohuma Heraçiyevin masasından keçir. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında bu qurum Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi kimi göstərilsə də, Nazirlər Kabinetinin saytında şöbənin adı Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət  torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi kimi qeyd olunub.  
 
Aldığımız məlumata görə, Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanovun və digər şöbələrin özəlləşdirilmək, alqı- satqı və sair işlərin son nöqtəsi məhz Mohuma Heraçiyevdə dayanır. Komitə sədri Kərəm Həsənov qurumda elə bir labirint düzəldib ki, bütün əməliyyatlar sonda onun əsas adamlarının əlinin altında toplanır. Bu şəxs isə uzun illərdir Kərəm Həsənova sadiq biri olan Mohuma Heraçiyevdir. 
 
Komitədəki mənbəmizin iddiasına görə qurumdakı şöbələrdən yığılan bütün korrupsiya pullarını da, yəni "ümumi kassanı” da Kərəm Həsənov Mohuma müəllimə etibar edib. Hazırda Mohuma Heraçiyevin komitə sədrindən başqa heç kəsi dinləmədiyi və bütün məsələləri birbaşa Kərəm Həsənova hesabat verdiyi deyilir. Şöbə müdirinin aylıq qazancının isə, milyonlarla manat olduğunu deyən mənbəmiz iddia edir ki, Kərəm Həsənov məhz özünün rüşvət və korrupsiya sisteminə Mohuma Heraçiyev vasitəsi ilə nəzarət edir. Çünki ölkənin bütün özəlləşdirilən, icarəyə verilən, ikinci dəfə qeydiyyata gedən obyektlərdən, evlərdən nə qədər "gəlirin" əldə edilməsini yalnız Mohumanın rəhbrəlik etdiyi şöbənin sayəsində bilgi əldə etmək olar. 
 
Məhz buna görə də Kərəm Həsənov komitədəki əsas maliyyə işlərini özünə yaxın müavinləri Rüstəm Şahbazova, aparat rəhbəi Azər Bəşirova deyil, Mohumaya tapşırıb. İnformasiya mənbəmiz bildirir ki, Mohuma Heraçiyevin aylıq şəxsi qazancı orta hesabla 500 min manatdan artıqdır. Bu qədər pulun ona yedizdirilməsi ilk başdan inandırcı gəlməsə də, sonucda Kərəm Həsənov Mohuma Heraçiyevin əli ilə milyardlara nəzarət etdiyini gördükdə əslində o qədər də çox "hesab" deyil. 
 
Mənbə bildirir ki, Mohuma Heraçiyevin razılığı olmadan heç bir şöbə rəisi heç bir məsələdə kimsəyə güzəştə gedə bilməz. Yalnız Mohuma Heraçiyevin razılığı ilə hansısa işlərdə hansısa güzəştlər ola bilər.
 
"MTN işi”ndə Heraçiyev izi
 
Məlumatlı şəxs qeyd edir ki, "MTN işi” məsələsinin bir ucu Mohuma Heraçiyevi də vura bilər. Çünki dünən həbs edilən MTN -nin keçmiş generalı və idarə rəisi Akif Çovdarovun milyonluq obyektləri, torpaq sahələri, istixanaları, binaları, mağazaları, restoranları birbaşa Mohuma Heraçiyevin sayəsində sənədləşdirilib. Bundan başqa ölkədəki bütün dövlət torpaqlarının məlumatlarını da, Mohuma Heraçiyev vasitəsi ilə MTN generallarına çatdırıldığı qeyd olunur.
 
İddiaya görə Mohumanın göstərişi ilə Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov Akif Çovdarovun milyardlıq mal -mülkünün səndələrini qısa müddətdə reysterdən keçirilməsini təmin edib. Düzdür, Akif Çovdarovun Məhəmməd İmanovla da əlaqləri olub. Lakin Mohuma Heraçiyevlə Kərəm Həsənovun MTN-nin Beynəlxal Əlaqələr şöbəsinin rəisi işləyən qardaşı Şahin Həsənovun çox yaxın dost olduqları bildirilir və bu üzdən də, MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib. Şahin Həsənovun MTN-dəki şöbəyə gətirilməsi isə Mahmudov- Çovdarov planının bir parçası olub. 
 
Mənbə bildirir ki, Eldar Mahmudov Əmlak Komitəsinin bir neçə əsas adamını ilişdirməklə Kərəm Həsənova  "kurçoq” atıb. Məhz Eldar Mahmudovla Kərəm Həsənov yaxınlaşması sonda Şahin Həsənovun MTN -də mühüm bir posta rəhbər gətirilməsi ilə nəticələnib. 
 
İnformasiya mənbəmiz bildirir ki, Eldar Mahmodov və komandasının ölkəni talan etməsi, milyardları ələ keçirməsi işlərində birbaşa Kərəm Həsənov və komandasının da "mühüm xidmətləri" olub. MTN-çilərin cinayətlərini araşdıran istintaq qrupu artıq bu məsələdə bir çox ilginc iddaları üzə çıxardıb. Lakin bu hələ başlanğıcdır və mənbə bildirir ki, proses aylarla davam edə bilər. 
 
Kərəm Həsənov Əli Abbasovun taleyini yaşaya bilər
 
Məlumatlı mənbəmiz qeyd edir ki, hazırkı durumda Kərəm Həsənovun taleyi sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovla oxşarlıq təşkil edir. Belə ki, Rabitə nazirliyində MTN banditlərinin əsas fiqurantı Aparat rəhbəri Vidadi Zeynalov idisə, Əmlak Komitəsində də eyni funksiyanı Mohuma Heraçiyev daşıyıb. Məhz buna görə də həbs olunan MTN generallarının əmlakları ilə bağlı aparılan araşdırmalarda Kərəm Həsənovun əsas "kilid adamı", komitənin "xaç atası" Mohuma hədəfə gələcək. Çünki məsuliyyətə cəlb olunan general, idarə rəislərinin, hətta sabiq nazir Eldar Mahmovun əmlaklarına verilən sənədlərin əksəriyyəti qanunsuzdur. 
 
MTN banditlərinin hakimiyyət cilovlarını əllərində saxladıqları zaman Mohuma Heraçiyev və Məhəmmd İmanov üçün dövlətin qanunları yox, Eldar Mahmudovun, Akif Çovdarovun qanunları keçərli olub və bu da hazırda Kərəm Həsənov başda olmaqla digərlərinin də bu üzdən başı qaldadır. Mənbəmizin iddiasına görə Akif Çovdarov, Şahin Həsənov və Mohuma Heraçiyev üçlüyü o qədər yaxın olublar ki, sabiq MTN generalının özünün və ailəsinin xaricdəki yüksək səviyyəli istirahətlərini Mohuma Heraçiyevlə Məhəmməd İmanov təşkil edib. Bu üçlüyə Məhəmməd İmanovun məcburi qoşulduğunu deyən mənbəmiz bildirir ki, Dövlət Reyster Xidmətinin rəisi özünün qanunsuzluqlarını ört- basdır eləmək və toxunulmazlığını qorumaq üçün tez tez Şahin Həsənov, ya da Mohuma Heraçiyev vasitəsi ilə Akif Çovdarovla görüşərdi və bu görüş onu bir xeyli məst edərdi. 
 
Mənbəmiz qeyd edir ki, dəfələrlə bir çox iş adamları ilə Mohuma Heraçiyevin arasında yaranmış problemləri Akif Çovdarovun bir zəngi ilə yoluna qoyulub. Yəni Akif Çovdarov zəng edərək problem yaradanı qorxutmaqla Mohuma Heraçiyevin problemlərini yoluna qoyub. Həbs edilən generalın paytaxdakı yüzlərlə evinə verilən sənədlər isə, Heraçiyevlə İmanovun ona hədiyyələri olub. 
 
Kərəm Həsənovun qızının toyunda güc nümayişi
 
Mənbəmiz onu da bildirdi ki, 2 il öncə Kərəm Həsənovun qızının toyunda  komitə sədri ilə Eldar Mahmudov yana-yana oturublar və həmin masada Akif Çovdarovla Şahin Həsənovla yanaşı Mohuma Heraçiyev və Məhəmməd İmanov da oturub. Bu isə Kərəm Həsənovu bəzi rəqiblərinə öz gücünü nümayiş etdirməsi kimi anlaşılıb. Həmin toyda MTN generalları ilə Kərəm Həsənovun və ətrafının necə də, isti münasibətlər nümayiş etdirmələri hələ də toyda iştirak edənlərin xatirindədir. 
 
Hazırda isə maraqlı məqamlardan biri isə, Kərəm Həsənov MTN-də işləyən qardaşı Şahin Həsənovu necə qoruyacağı ilə bağlıdır. İddialara görə Eldar Mahmudovun ev dustaqlığı məsələsinin ortaya çıxmasından sonra Kərəm Həsənov qardaşı Şahin Həsənovun işə çıxmamasını və ümumiyyətlə, gözə görünməməsi tapşırğını verib. Komitə sədri qardaşını proseslərdən uzaq tutmaqla hədəfdən yayınmağı düşündüyü qeyd olunur.
 
("Kərəm Həsənovun əmlakı ilə bağlı şok siyahı"-Növbəti yazımızda)






Fikirlər