İcra Hakimiyyətindən 90 MİNLİK ayaqyolu haqda AÇIQLAMA...
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” ilə Beyləqanda tikdirdiyi və bugünlədə açılışı olan ayaqyolu ilə bağlı müzakirələr gündəmdən düşmür. Məsələnin tənqid olunmasına isə rayon icra hakimiyyəti əsəbi reaksiya verib. AzVision.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısının 1-ci müavini Telman Məstanov anspress-ə açıqlamasında deyib ki, KİV-in və ictimaiyyətin belə yüksək səviyyəli sanitar qovşağın açılışında başçının iştirakına verdiyi reaksiyanı başa düşə bilmir: “Bu çox yüksək səviyyəli sanitar qovşağıdır. Başçının iştirakına belə reaksiyanı anlaya bilmirəm. Bu söhbəti etmək ayıbdır. Sanitar qovşağını bu şəkildə (tualet kimi) təqdim edən adamlar görsəydi ki, o, necə bir qovşaqdır, məsələyə belə münasibət bildirməzdilər”...
Xatırladaq ki, sözügedən ayaqyolunun açılışında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə yanaşı Yaponiyanın Azərbaycandakı səfiri də iştirak edib.