“Dəfələrlə bizə hücum ediblər” - AYDIN ƏLİYEV
““Yaşıl dəhlizin” yaradılması ilə gömrük sahəsində rüşvət kimi neqativ halların birmənalı şəkildə aradan qaldırıldığını deyə bilərik”. AzerTaym.az xəbər verir ki, bu sözləri “ANS TV-nin “Hesabat” verilişinə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. Yaşıl dəhlizin tətbiqinin yükdaşımalara aid edildiyini söyləyən komitə sədri bunun sənədlər təqdim olunarkən gömrük baxışı nəzarəti həyata keçirilərmədən yüklərin təyinatı üzrə çatdırılmasından ibarət olduğunu söyləyib. Daha sonra komitə sədri Qırmızı Körpü sərhəd keçid məntəqəsində yaranan problemlərdən, vətəndaşların gətirdikləri malların gömrük işçiləri tərəfindən ölkəyə buraxılmaması ilə bağlı iddialara aydınlıq gətirib. Fiziki şəxslər üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydaların oluduğunu xatırladan komitə sədri həmin qaydalara əsasən hər bir fiziki şəxs öz istifadəsi, öz təlabatı üçün məhsul keçirə biləcəyini vurğulayıb. Aydın Əliyev bu qaydalara məhəl qoymayaraq qanunsuz yolla ölkəyə tütün məhsulları və spirtli içkilər keçirməyə çalışan bəzi işbazların qarşısnın aldındığını diqqətə çatdırıb. “Dəfələrlə sərhəd keçid məntəqələrində gömrük orqanı əməkdaşlarına hücum edirlər, onlara xəsarətlər yetirilib, məntəqələrin pəncərələri sındırılıb. Həmin şəxslər haqında hüquq mühafizə orqanları tədbir görür. Onlar cinayət məsuliyyətinə cəlb olunacaq”,-deyə komitə sədri vurğulayıb. Müsahibə zamanı avtomobillə ölkəmizə gələn insanların depozitlə bağlı problemlərinə də toxunulub. Aydın Əliyev bu problemin aradan qalxmaq üzrə olduğunu, depozitin tətbiqinə başlanıldığını bildirib. Daha sonra gömrük əməkdaşı və vətəndaş təmasının aradan qaldırlması sahəsində aparılan islahatlardan danışan komitə sədri müəyyən neqativ halların olduğunu və bunlarla daim mübarizə aparıldığnı söyləyib. “Gömrük sistemində son illər ərzində intizam qaydalarına cəlb olunma statistikasına görə, 5 ay ərzində 100-dən çox gömrük əməkdaşı cəzalandırılıb",- deyə Aydın Əliyev qeyd edib.