Tahir Kərimovun 5 mərtəbəli dəbdəbəli binası icarəyə çıxarıldı — FOTOLAR
Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimov paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində ona məxsus olan 5 mərtəbəli dəbdəbəli ofisini icarəyə çıxarıb. Ölkə.az-ın əldə etdiyi məlumata görə, sözügedən bina bir neçə ay öncədən icarəyə verilsə, də indiyədək boş qalıb.
Bundan əvvəl isə bu binada məişət avadanlıqlarının satıldığı deyilir.
Xatırladaq ki, Tahir Kərimov 2016-cı il martın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib.