SABİQ BAŞ DİREKTORUN OĞLU GİROVLUQDAN BURAXILDI – 3 milyon dollar qarşılığında
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun Ukraynada naməlum şəxslər tərəfindən girov götürülmüş oğlu Araz Məmmədov nəhayət azadlığa buraxılıb. Bu barədə Modern.az saytına Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporundan məlumat verilib.Məlumata görə, 3-4 aydır girovluqdda saxlanılan Şevçenko adına Kiyev Dövlət Universitetinin tələbəsi Araz Məmmədovu bu günlərdə azad ediblər.Onun girovluqdan azad edilməsi müqabilində oğrulara 3 milyon dollar ödənildiyi vurğulanır. Xatırladaq ki, “Aztelekom”» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ötən ilin noyabrında həbs olunub. M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Baş direktorla birlikdə “Aztelekom”un daha bir neçə vəzifəli şəxsi də saxlanılıb.