Bakı İstintaq Təcrdixanasında qiyam xəbəri yayıldı- HƏBSXANAYA QOŞUN YERİDİLDİ

kurdexani

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bakı istintaq Təcridxanasında saxlanılan məhbusların qiyam etməsi barədə xəbər yayılıb.

Gununsesi.info-nun sosial şəbəkələrə istinadən verdiyi məlumata görə, saxlandıqları kameraları tpikləyən məhbuslar əməkdaşlarn tələblərinə əməl etməyiblər. Nəticədə PX-in Xüsusi Təyinatlı Bölüyü həbsxanaya hücum edib.

Qiyama səbəb, isə  onlara verilən “payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri “peredaça”ya görə 100 manat rüşvət tələb olunması göstərilib.

Bundan başqa Bakı İstintaq Təcrdixanasında telefon danışıqları, görüşlər də rüşvətlə baş tutur.

Olayla bağlı hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək cəhdimiz baş tutmayıb.






Fikirlər