Cavid Qurbanovdan Azərbaycan-İran münasibətləri haqqında önəmli açıqlama...

Похожее изображение

Parlamentin bu günki iclasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili, Azərbaycan-İran hökümətlərarası komissiyasının üzvü Cavid Qurbanov deputat həmkarı Qüdrət Həsənquliyevin rəsmi Tehranın ünvanına səsləndirdiyi kəskin ifadələrdən sonra söz alaraq iki ölkə arasındakı münasibətlərin mövcud durumu və bu ilişkilərin qorunmasının zəruriliyi barədə ilginc açıqlamada bulunub:

"Deputat həmkarım Qüdrət Həsənquliyevin İranın hərbi nazirinin fikirlərinə münasibətinə görə bir neçə cümlə demək istədim. İstəyirəm yada salım ki, 3 gün öncə İran-Azərbaycan hökümətlərarası komissiyanın İran tərəfdən olan sədri Mahmud Vaizi Azərbaycanda səfərdə olub. O, Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. Eyni zamanda onun iştirakı ilə bir çox ikitərəfli məsələri də müzakirə etmişik. Bütün bu müzakirələrdə ikitərəfli münasibətlərin ən yüksək səviyyədə olduğu bir daha öz təsdiqini tapıb və Vaizinin özü dəfələrlə bu münasibətlərin inkişafından məmnunluğunu dilə gətirdib. O bunu həm prezidentimizin hüzurunda, həm mətbuatın qarşısında bəyan edib. Biz dünən Azərbaycanın çox gözəl diyarı olan Naxçıvandan Məşhədə sürət qatarını yola saldıq. Orada Mahmud Vaizinin təklifi ilə bu qatarın adını “Dostluq” qatarı adalndırdıq. Həmin qatarı İran Culfasında çöx böyük hərarətlə qarşılayıblar, qurban kəsiblər, şirniyyatlar paylayıblar. Bütün bunlar münasibətlərimizin inkişafda olduğunun göstəricisidir. 
Mən istəyirəm ki, deputat həmkarlarımdan bir daha xahiş edim. Hər bir dövlətin özünün daxili işi var və ölkələr sərbəst siyasət yürüdürlər. Amma söhbət ikitərəfli münasibətlərdən gedəndə bu məsələyə həssas yanaşmaq lazımdır. Hər kəs ikitərəfli münasibətlərimizin inkişafını görür və izləyir. Bunu hamılıqla qorumalıyıq. Siz görərdiniz ki, Mahmud Vaizi Naxçıvanda bizim Ulu Öndər haqqında necə gözəl məhəbbətlə danışrıdı, onunla xatirələrini bölüşürdü və Azərbaycana sonsuz məhəbbətini ifadə edirdi. Ona görə də bir daha hamıdan xahiş edirəm ki, bu məsələrə həssas yanaşaq". 






Fikirlər