"Biz İrana diktə edə bilmərik ki, BUNU etməlisən, bunu yox..."
"Bu sənəddə ilk dəfə idi ki, Xudafərin ətrafındakı Azərbaycan torpaqlarının işğal olunduğu təsdiq edildi, bundan böyük nailiyyət nə ola bilər ki?" Ölkəyə gətirilən mallarla ƏDV tətbiq edilməsi ilə bağlı məsələyə yenidən baxılmasını təklif edirəm”. AzerTaym.az xəbər verir ki, bunu millət vəkili, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Vergilər Məcəlləsi"nə dəyişikliklərin müzakirəsi zamanı səsləndirib. Millət vəkili çıxışında İran-Azərbaycan münasibətlərinin mövcud durumundan da danışıb və həmkarlarını diqqətli olmağa səsləyib: "Ölkə sərhəddən başlayır. Ona görə də sərhədlə bağlı qəbul edilən qanunların, qərarların ölkə iqtisadiyyatının inkişafına işləməsi çox vacib şərtdir. Bu yaxınlarda qəbul edilən bir çox qərarlar da bu qəbiuldəndior. Viza sisteminin sadələşdirilməsi, sahibkarlılğın inkişafının stimullaşdırılması. Bu baxımdan indi müzakirəyə çıxarılan qanun layihəsi və “Tax Free” sisteminin tətbiq edilməsi də çox vacibdir. Ölkəmizin neftsiz inkişafı üçün bu qanunun qəbulu lazımdır. Mən vergilər nazirinin birnci müavininin burdada iştirakından istifadə edərək xahiş etmək istəyirdim ki, əlavə dəyər vergisinə də bir daha baxsınlar. Bu vergilərin tətbiqi məsələsinə yenidən baxmaq lazımdır, çünki hər şeyə eyni dərəcədə vergini və əlavə dəyər vergisini tətbiq etmək doğru deyil. Toxunmaq istədiyim başqa bir məsələ də var. Biz millət vəkilləri olaraq qanunun bizə verdiyi səlahiyyətlərdən istifadə edərək bəzən hətta çox danışrıq. Amma danışanda sözümüzə sərhəd qoymalıyıq. Mən heç kimin danışığında səhv tutmaq istəmirəm. Amma keçən iclasda İranla bağlı məsələnin müzakirəsi zamanı mənim kolleqalarım, çox istədiyim insanlar bu məsələdə düzgün danışmadılar. Hətta başqa ölkələrin daxili işlərinə də qarışırlar ki, kimi qəbul elədilər, kiminlə harada görüşdülər və ya əlaqə qurdular. Hər bir ölkənin məsələlərə öz yanaşması, qanunları və maraqları var. Biz sadəcə öz etirazımızı bildirə bilərik ki, filankəslə oturub-durmağınız bizim xoşumuza gəlmir. Amma biz İrana diktə edə bilmərik ki, bunu etməlisən, bunu da etməməlisən. İranla bağlı münasibətlərimizə gəldikdə isə bildirim ki, axırıncı dəfə biz orada olanda ən yaxın əlaqələrimizin yarandığının şahidi olduq. Biz İranının köməyi ilə neftdən kənar iqtisadiyyatımızı qurmaq istəyirik. İranın vasitəsi ilə Azərbaycan üzərindən keçən yüklərin iqtisadi dəyərini hesablasaq, bu, yüz milyonlarla, milyardlarla vəsait deməkdir. Amma bütün bunları başa düşə-düşə hər dəfə kimsə ehtiyatsızlıqdan bu ocağa neft atmaq istəyirsə, buna yol vermək olmaz. Cənab prezidentin İrana sonuncu səfərində 12 sənəd imzalandı. Bu sənəddə ilk dəfə idi ki, Xudafərin ətrafındakı Azərbaycan torpaqlarının işğal olunduğu təsdiq edildi. Bundan böyük nailiyyət nə ola bilər ki? İlk dəfə idi ki, bizə imkan verilir o tərəf keçirik və yollarımızı tikməyə başlamışıq, ikitərəfli əlaqələrimizi qurmuşuq. Ona görə də xahiş edirəm ki, bu məsələdə diqqətli olaq və ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində danışaq".