01.08.2014- Şəhidlərimizin kimliyi bəlli oldu - SİYAHI

01.08.2014- Şəhidlərimizin kimliyi bəlli oldu - SİYAHIÖtən gecə cəbhə xəttində şəhid olan Azərbaycan əsgərlərinin adları məlum olub.


AzerTaym.az bildirir ki, düşmənin həmləsini dəf edərkən Tərtər cəbhəsində Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.






Fikirlər