07.08.2014- Başçısının adı 334 minlik qalmaqalda

07.08.2014- Başçısının adı 334 minlik qalmaqaldaBir neçə gün öncə Yardımlı rayonunda su-kanalizasiya xətlərinin çəkilməsi ilə məşğul olan "Supra" MMC ilə tenderi udmuş "İHİ" MMC arasında qalmaqal barədə məlumat vermişdik.
"Supra" MMC-nin icraçı direktoru Ramiz Cəbrayılov bildirmişdi ki, rayon mərkəzində 10 kilometrlik su-kanalizasiya xəttinin çəkilməsi planlaşdırılıb və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu işi tenderi udmuş "İHİ" MMC-yə həvalə edib.
Sözügedən şirkət də iş başa çatdırmaq üçün "Supra" MMC-ni kömək məqsədilə rayona dəvət edib. Ancaq "Supra" MMC-yə çatacaq vəsaiti ödəməkdən imtina edib. Hazırda şirkətin fəhlələrinə heç bir məvacib ödənilmir, görüləcək iş də yarımçıq qalıb. Hətta vəziyyət o həddə çatıb ki, işin yarımçıq qalması əhali arasında da narazılıq yaradıb.

R. Cəbrayılov həmçinin bildirirdi ki, "İHİ" MMC tərəfindən onlara ödəniləcək məbləğ 334 min manatdan çoxdur. Amma onlar şirkətin baş direktoru Xaləddin Hüseynova və icraçı direktoru Arif Mansurova nə qədər müraciət etsələr də, onlara heç bir əhəmiyyət verilmir. Şirkətdə çalışan və indiyədək heç bir məvacib almayan fəhlələrdən bir neçəsi isə Qaynar.info-ya bildirmişdilər ki, əgər problem həllini tapmasa, onlar Prezident Adminstrasiyasına yürüş edəcəklər. Onlar iddia edirdilər ki, baş verən narazılıqla əlaqədar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti heç bir tədbir görmür. Sözügedən qurumun rəhbəri Əhməd Əhməzadəyə edilən şikayətlər isə nəticəsiz qalır.

Bu gün Yardımlıdan problemlə bağlı yeni məlumat daxil olub. Bildirilir ki, "Supra" MMC-yə önədiləcək 334 min manat pulu "İHİ" şirkəti Yardımı rayon İcra Hakimiyyəti ilə birgə mənimsəməyib. İcraçı şirkət vəsaiti ödəməkdən imtina etdikdən sonra vətəndaşlar rayon İcra Hakmiyyətinə də müraciət ediblər, ancaq icra başçısı Sevindik Hətəmov bu problemlərin onlara aidiyyəti olmadığını, buna Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh olduğunu bildirib.

Fəhlələr iddia edirlər ki, əslində, İcra Hakimiyyəti bununla da özünü problemdən kənara çəkməyə çalışır. Ancaq rayon rəhbərliyinin bu cür açıqlamaları bir daha onu göstərir ki, onlar "İHİ" MMC ilə əlbirdirlər. Birincisi, İcra Hakimiyyəti rayona rəhbərlik edən və bütün quruculuq-abadlıq işlərinə, eyni zamanda rayonunun sosial-siyasi həyatında baş verən problemlərə cavabdeh olan qurumdur. İkincisi də, bu işlər "Regionların İqtisadi İnkişafı Proqramı" çərçivəsində həyata keçirilir ki, bununla bağlı ölkə başçısı müvafiq qurum kimi icra hakimiyyətlərinə xüsusi tapşırıqlar verib. Faktiki görünür ki, Yardımlı rayon İcra Hakmiyyətinin başçısı Sevindik Hətəmov bu addımı ilə təkcə burada çalışan fəhlələri deyil, həmçinin rayon əhalisini narazı salıb. Çünki rayonda su-kanalizasiya sistemi bərbad haldadır. Ona görə də sakinlər çıxış yolu kimi ölkə başçısına müraciət etməyi görürlər.






Fikirlər