Gömrük Komitəsi vergi və rüsumlardan yayınan şirkətlərin adlarını açıqladı - SİYAHI
“Son gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq, malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır”. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib. Komitə bir daha xatırladır ki, gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. Buna görə də dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan hüquqi və fiziki şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və görüləcək. Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Xarici iqtisadi fəaliyyət iştirakçısının adı İnvoysda göstərilən qiymət Real qiymət Fərq 1 “İmperial Ceramic Centre” MMC 14545,14 AVRO 33400,32 AVRO 18855.18 AVRO 2 Mamedov Məmməd Oktay oğlu 62196 ABŞ dolları 290830 AVRO 251642.89 ABŞ dolları 3 “Prestij-S.E” MMC 1792.80 ABŞ Dolları 14566 AZN 11139.77992 AZN 4 Seyidquliyev Rövşən Arif oğlu 26720 ABŞ dolları 50050 ABŞ dolları 23330 ABş dolları 5 “Vitol-L Group” MMC 42000 ABŞ dolları 88200 ABŞ dolları 46200 ABŞ dolları 6 Abbasov şənlik Fəxrəddin oğlu 25896 ABŞ dolları 55960 ABŞ dolları 30064 ABŞ dolları 7 “Avrosof” MMC 41890 ABŞ dolları 75000 ABŞ dolları 33110 ABŞ dolları 8 LOTOS-2016 MMC” 31375.4 AZN 60567.35 AZN 29191.95 AZN Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.
Cədvəldən də göründüyü kimi ümumilikdə 384346.89 ABŞ dolları, 18855.18 avro və 40331.72992 manat vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.